Cahangir Əsgərov işdən çıxarılıb? – RƏSMİ AÇIQLAMA

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) prezidenti Cahangir Əsgərov vəzifəsindən azad edilməsi ilə bağlı məlumat yayılıb.

Metbuat.az xəbər verir ki, Manşet.az “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) birinci vitse-prezidenti Sabir İlyasovla əlaqə saxlayıb.

O, açıqlamasında məlumatın yalan olduğunu bildirib:

“Mən Cahangir müəllimlə işlədiyim bu illər ərzində mətbuat onu 18 dəfə işdən çıxarıb, təzədən yerinə qaytarıb. Təbii ki, bu məlumatlar yalandır. Cahangir müəllim hazırda işinin başındadır. Mən elə Cahangir müəllimin yanındayam. Onun səlahiyyətlərinin əlindən alınması ilə bağlı xəbər cəfəngiyyatdır. Biz hazırda hamımız onun rəhbərliyi ilə işimizin başındayıq.”



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu