Azərbaycanlı referi Milan “İnter”inin oyununa təyinat aldı

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Azərbaycanın FIFA referisi Elçin Məsiyev UEFA-dan növbəti dəfə təyinat alıb.

Metbuat.az xəbər verir ki, ədalət təmsilçisi Polşada Ukraynanın “Rux” (Lvov) və İtaliyanın “İnter” komandası arasında keçiriləcək Gənclər Liqasının pley-off oyununu idarə edəcək.

Məsiyevə laynsmanlar qismində Rəhman İmani və Vüsal Məmmədov köməklik göstərəcək. Dördüncü hakim funksiyasını polşalı Yatsek Malişek yerinə yetirəcək.

Qeyd edək ki, fevralın 8-də oynanılacaq matç Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu