Azərbaycanda kişi yuxuladığı stulda faciəvi şəkildə ÖLDÜ

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Lənkəranda kişi faciəli şəkildə ölüb.

Metbuat.az Lent.az-a istinadən xəbər verir ki, hadisə şəhərin Həzi Aslanov küçəsində baş verib. 72 yaşlı Abdullayev Səfərəli Əlican oğlu burada yerləşən köşkdə gecə saatlarında oturduğu stulda yuxuya gedib. Bu zaman oradakı spirallı qızdırıcı onun üzərinə aşıb. Nəticədə S.Abdullayevin ayaqları yanıb.

Ətrafda olanların köməyi ilə yaralı xəstəxanaya çatdırılıb. Lakin burada onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu