1458899

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Azərbaycanda 2 futbolçu danışılmış oyunlarda iştiraka görə ömürlük diskvalifikasiya edilib.

MOİK-in futbolçuları Fərmayıl Əliyev və Emin Mehtiyev futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum olunub.

Tərəflər bu qərarı aldıqdan sonra 15 (on beş) gün ərzində AFFA-nın Apellyasiya Arbitraj Tribunalına apellyasiya şikayəti verə bilərlər.

Futbolçuların “Səbail”ə 0:4 hesabı ilə uduzduqları Azərbaycan Kubokunun 1/8 final oyununun nəticəsini manipulyasiya etdikləri üçün ömürlük diskvalifikasiya olunublar.

Musteqil.az xəbər verir ki, sportinfo.az saytı məsələyə aydınlıq gətirmək, təfərrüatı öyrənmək, sözügedən olayın necə baş verməsi ilə maraqlanmaq üçün Emin Mehtiyevlə əlaqə saxlayıb.

“Neftçi”nin sabiq futbolçusu bəhanə ilə söhbətdən boyun qaçırdı: “Hüzr düşüb deyə, danışa bilmirəm. İnşallah, başqa vaxt danışarıq”.

Həqiqətən hüzr düşübsə, Allah rəhmət eləsin!

Lakin Mehtiyev bir gün sonrakı zəng və mesajlarımızı da cavabsız qoymaqla AFFA-nın verdiyi qərarda haqlı olduğunu özü də istəmədən sübut etdi.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






//thefacux.com/4/5013541