“ABŞ silahları Ukraynaya gec çatdırsa vəziyyət Kremlin lehinə olacaq”

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Rusiya Ukraynada döyüşərək ordusunu komplektləşdirir və yeni ordu qurur. Bu Ukraynanın şərqində Rusiyanın müəyyən üstünlüklər qazanmasına əsasən aparılan işin nəticəsidir”.

Metbuat.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə deyib. Analitik hesab edir ki, göründüyü kimi, nə Rusiya ordusu dağılır, nə də rus xalqı ayağa qalxır. Proses V. Putinin istədiyi kimi Rusiya cəmiyyəti davam edir.

“ABŞ Ukraynaya hücum silahları çatdırsa, proseslər Kremlin leyhinə işləyə bilər. ABŞ da silahları ünvanına gec çatdırır. Bu da Rusiyanın güclü müqaviməti ilə üzləşən Ukrayna əsgərlərinin döyüş qabiliyyətinə mənfi təsir edir. Ümumi götürdükdə Şərq Cəbhəsində təşəbbüs qismən Rusiyanın əlindədir”.

M.Əsədullazadənin fikrincə Ukraynanın hazırda aktiv hücum əməliyyatı yazda gözlənilir. Amma, yaz ayına kimi Rusiyanın irəliləyişləri mümkündür.

“Rusiya döyüşsə də V. Putin üçün bu müharibə vətən deyil, şəxsi prinsipial məsələdir. Rus xalqı da bu prosesdə V. Putinə öz səssizliyi ilə dəstək verir. Ukraynada Rusiya tərəfindən döyüşən hər bir kəs bəşəriyyətə qarşı döyüşür”.

Metbuat.az



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu