Ərəb ölkələri və təşkilatları İsveçdə “Quran”ın yandırılmasını qətiyyətlə pisləyiblər

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Bir sıra ərəb ölkələri və təşkilatları – Ərəb Dövlətləri Liqası, Körfəz Ərəb Dövlətləri Şurası, eləcə də dünyanın ən böyük İslam universiteti sayılan Misirin “Əl-Əzhər” qurumu İsveçin paytaxtında “Qurani-Kərim”in yandırılmasını pisləyib.

Metbuat.az xəbər verir ki, Ərəb Dövlətləri Liqasının parlamenti yaydığı bəyanatda beynəlxalq ictimaiyyəti insani və əxlaqi dəyərlərə, prinsiplərə zidd olan, müsəlmanları təhrik edən, nifrət hisslərini qızışdıran bu qəbuledilməz hərəkətləri pisləməyə çağırıb.

“Ərəb Dövlətləri Liqasının parlamenti dini ibadət yerlərinin təhqir olunmasını cinayət hesab edən, müsəlmanların digər dinlərin nümayəndələri ilə bərabər əsasda öz dini ayinlərini yerinə yetirmələri üçün lazımi müdafiəni təmin edən beynəlxalq qanunvericiliyin qəbul olunmasına səsləyir”, – bəyanatda deyilir.

Körfəz Əməkdaşlıq Şurasının Baş katibi Naif Fəlah əl-Həcrəf öz növbəsində xəbərdarlıq edib ki, bu təxribatçı hərəkət müsəlmanlara qarşı yönəlib, onların dəyərlərini təhqir edir və qorxunc səviyyəyə çatmış islamofobiya, nifrət, dözümsüzlük və ksenofobiyanın növbəti nümunəsidir. Baş katib İsveç hakimiyyətini bu nifrət cinayətini törədənlərə qarşı lazımi tədbirlər görməyə və belə hərəkətlərin qarşısını almaq üçün beynəlxalq səyləri gücləndirməyə çağırıb.

Misirin “Əl-Əzhər” qurumu isə baş verənlərə görə İsveç hakimiyyətini günahlandırıb və “Qurani-Kərim”in yandırılmasını qətiyyətlə pisləyib.

Oman, Qətər, Misir, Fələstin, Livan, Əlcəzair, Mərakeş və Yəmən də ötən gün İsveçdə ifrat sağçı siyasətçinin “Qurani-Kərim”i yandırmasını pisləyib.

Xatırladaq ki, yanvarın 21-də İsveçin dövlət qurumları Türkiyənin Stokholmdakı səfirliyi yaxınlığında etiraz aksiyası keçirilməsinə icazə verib. Aksiya zamanı “Qurani-Kərim” yandırılıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu