1458800

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstanın Baş naziri Kiriakos Mitsotakisə xəbərdarlıq edərək, səhv addımlar atmamağa çağırıb.

Bu barədə Musteqil.az “Anadolu”ya istinadən xəbər verir.

“Bilin! Əgər ölkəmizlə bağlı səhv addım atsanız, o zaman reaksiya özünü çox gözlətməyəcək. Qarşısıalınmaz türklər hərəkətə keçəcək”, – deyə Türkiyə dövlət başçısı vurğulayıb.

Ərdoğan bildirib ki, Ankaranın Afinanı “Tayfun” ballistik raketi ilə vurmaq məqsədi yoxdur.

“Bu gün Yunanıstanda Türkiyənin Afinaya “Tayfun”la raket zərbəsi endirmə ehtimalını güclü və əsaslı müzakirə edirlər. Bizim belə məqsədlərimiz yoxdur. Bu məsələdə əsas odur ki, yunanlar ağıllı hərəkət etsinlər. Həqiqətənmi Yunanıstan Türkiyənin beynəlxalq müqavilələrə əsasən hərbisizləşdirilmiş zonalar olan adalarda silah yerləşdirməsinə məhəl qoymayacağına inanırmı?”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






//augailou.com/4/5013541