1455150

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Azərbaycan Respublikasının Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva və gənclər və idman nazirinin müavini, müsabiqənin İşçi qrupunun rəhbəri Fərhad Hacıyev ikinci “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüblər.

Musteqil.az xəbər verir ki, humanitar sahədə qaliblərin fikirlərini dinləyən Fərəh Əliyeva onların təhsil və humanitar məsələlərlə bağlı suallarını cavablandırıb. Komitə sədri qarşıda duran mentorluq proqramı barədə danışıb. Qaliblər isə öz növbəsində müsabiqənin onlara qatdığı dəyərdən söz açıb, qalibiyyət sonrası həyatlarında və karyeralarında baş verən uğurları paylaşıblar. Təhsil sahəsindən və bu sahədə verə biləcəkləri töhfələrdən söz açan qaliblər dövlət və sosial sahədə ölkəmizin inkişafı naminə çalışmaqdan qürur hissi duyacaqlarını qeyd ediblər. Onlar sosial layihələrdə aktiv şəkildə iştirak etməyə maraqlı olduqlarını bildiriblər. Fərəh Əliyeva isə qaliblərin işğaldan azad edilən bölgələrdə yenidənqurma və inkişafa əvəzsiz fayda verəcəklərinə inandığını vurğulayıb, onları cəmiyyətimizin uğurlu rol modelləri olaraq karyera və təhsil istiqamətində gənclərə dəstək olmağa səsləyib.

İşçi qrupunun rəhbəri Fərhad Hacıyev gələcəkdə bu növ səmərəli görüşlərin mütəmadi təşkil ediləcəyini bildirib.

Qeyd edək ki, müsabiqənin qaliblərdən ikisi görüşə ölkə xaricindən videozəng vasitəsilə qoşulub.

“Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il iyulun 26-da imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






//whoursie.com/4/5013541