Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Xəbər verdiyimiz kimi, ötən gün sosial şəbəkələrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun oğlu Naxçıvan Dövlət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Seymur Talıbovun vəzifəsindən azad edildiyi barədə məlumat yayılmışdı.

Məsələ ilə bağlı universitetlə əlaqə saxlamışdıq. Bildirilmişdi ki, bu barədə heç bir rəsmi məlumat yoxdur.

Musteqil.az xəbər verir ki, hazırda universitetin rəsmi saytında Seymur Talıbovun adı və haqqında məlumat həmin bölmədə – beynəlxalq əlaqələr üzrə prorektorluqda yoxdur.

Yenidən Naxçıvan Dövlət Universiteti ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verən olmadı .

Gülər Seymurqızı

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






//intorterraon.com/4/5013541