Tarixi an: NASA-nın “Orion” gəmisi Ay missiyasından sonra uğurla Yerə qayıdıb

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Bazar günü səhər saatlarında NASA-nın “Orion” kosmik gəmisi Sakit Okeana düşərək rekord qıran missiyanı sona çatdırın.

Metbuat.az xəbər verir ki, “Artemis I” Ay missiyası noyabrın 16-da “Orion”un kosmosa buraxılması ilə başlayıb.

25,5 gün davam edən missiyada “Orion” Aydan 40.000 mil (64.374 km) kənara getdi və Yerdən 268.563 mil məsafədə yeni bir məsafə rekordu qırdı. “Orion” kapsulunun qət etdiyi ümumi məsafə 1,4 milyon mili ötüb keçib.

NASA-nın “Orion” kosmik gəmisi rekord qıran missiyadan sonra 11 dekabr 2022-ci il bazar günü saat 9:40 radələrində Aşağı Kaliforniyanın qərbində Sakit Okeana düşüb. “Artemis I” uçuş sınağı zamanı “Orion” kosmik gəmisi Ay ətrafında 1,4 milyon mildən çox məsafə qət etdikdən sonra təhlükəsiz şəkildə Yerə qayıdıb.

“Splashdown” isə NASA-nın “Artemis I” missiyasının son mərhələsidir. NASA “Orion”u 25,5 gün ərzində dərin kosmosun sərt mühitində sınaqdan keçirib. Bu mühüm sınaqlar “Artemis II”də astronavtların uçuşundan əvvəl lazımlı prosesdir.

NASA-nın administratoru Bill Nelson deyir:

““Orion” kosmik gəmisinin okeana düşməsi “Artemis I”nin ən böyük nailiyyətidir. Bu gün NASA, ABŞ, beynəlxalq tərəfdaşlarımız və bütün bəşəriyyət üçün böyük qələbədir”.

Qeyd edək ki, missiya zamanı “Orion” Ay səthindən 129 km məsafədə olan iki Ay uçuşu həyata keçirib. Uçuş sınağı zamanı “Orion” kosmosda kosmonavtlar üçün nəzərdə tutulmuş istənilən kosmik gəmidən daha uzun müddət qalıb. Uzaq Ay orbitində olarkən “Orion” əvvəllər “Apollon 13” zamanı müəyyən edilmiş insanları daşımaq üçün nəzərdə tutulmuş kosmik gəminin qət etdiyi məsafəyə görə əsasını qoyduğu rekordu təzələyib.

Önümüzdəki günlərdə “Orion” geri qaytarılaraq lyuku açılacaq və uçuş dəsti də daxil olmaqla bir neçə faydalı yük boşaldılacaq. Sonra kapsul və onun istilik qoruyucusu bir neçə ay ərzində sınaqdan keçirilərək təhlil olunacaq.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu