317257296 10225038573105022 4460885174264017700 n

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Sosial şəbəkələrdə tanınmış yazıçı-filosof, 100-dən çox kitabın müəllifi olan Əlisa Nicatın maddi durumunun yaxşı olmaması ilə bağlı məlumat yayılıb.

Musteqil.az xəbər verir ki, bu barədə “Qanun” nəşriyyat evinin rəhbəri Şahbaz Xuduoğlu məlumat yayıb. O bildirib ki, Əlisa Nicatdan qalın geyinməsinin səbəbini soruşan zaman yazıçı evinin soyuq olduğunu, çox pul yazdığı üçün qazı az yandırdığını deyib:

Qalın geyinmisən çox üşüyürsən? Deyir, ev soyuqdur.

Bəs qaz gəlmir?

– Qaz peçi var, gecə 2-3 saat yandırıb sonra söndürürəm. Pul çox yazır, çatdıra bilmirəm.

Bu dialoq sosial şəbəkədə yayıldıqdan sonra insanlar tanınmış yazıçının durumunun bu vəziyyətdə olmasına etiraz ediblər.

Şahbaz Xuduoğlu bu gün yazıçınını evini ziyarət edib. Onun sözlərinə görə, evə istilik sistemi lazımdır: “Bu məqsədlə kombi və radiatorlar alınmalıdır. Evin ümumi vəziyyəti acınacaqlıdır amma qışı yola vermək üçün istilik sistemi vacibdir”.

Məsələ ilə bağlı Azərbaycan Yazıçılar Birliyi ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, Əlisa Nicat bugünədək bu məsələ ilə bağlı AYB-yə müraciət etməyib:

“AYB-yə bunun üçün şəxsin özü müraciət etməlidir ki, maddi imkanım zəifdir. Yazıçılar Birliyi də imkan daxilində təbii ki, köməklik göstərərdi. Məlumat dünəndən yayılıb. Ola bilər ki, bununla bağlı hər hansı addım atılsın. Maddi vəziyyətimizə baxılacaq. İmkan varsa, dəstək oluna bilər”.

Gülər Seymurqızı

Bir 1 nəfər şəkili ola bilər

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






//thaudray.com/4/5013541