Şuşa və Laçında yaxın günlərdə hava belə olacaq

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Yaxın günlər ərzində ölkədə hava şəraitini nisbətən yüksək atmosfer təzyiq sahəsi təyin edəcək. Şuşa, Kəlbəcər və Laçında yaxın günlərdə hava şəraitinin yağmursuz keçəcəyi proqnozlaşdırılır”.

Bunu Metbuat.az-a açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

O qeyd edib ki, səhər və axşam saatlarında hava dumanlı olacaq. Gecə saatlarında şaxta 2 dərəcədən 7 dərəcəyədək olacaq. Gündüz saatlarında isə temperaturun müsbət 3-5 dərəcə olması ehtimal edilir. Lakin səhər saatlarında və axşama doğru havanın temperaturu bir qədər aşağı enərək 0-2, 0-3 dərəcə şaxta intervalında dəyişəcək.

“Ölkənin digər rayonlarında həftənin sonuna kimi əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Dekabrın 16-da bəzi şimal və şərq rayonlarında az yağıntılı olacağı ehtimalı var. Lakin bu qısa müddətli prosedir.

Bakıda və Abşeron yarımadasında dekabrın 14-ü axşam və 15-dən sonra isə 16-sı axşamdan və 17-si gecə və səhər saatlarında şimal küləyinin arabir 15-17 metrə qədər güclənəyi gözlənilir. Havanın temperaturu ötən həftə ilə müqayisədə 2-3 dərəcə yüksələrək öz iqlim normasına yaxınlaşacaq”, – Xidmət rəisi söyləyib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu