Sülhməramlıların arxasında gizlənən separatçılar – İç üzləri açıldı / VİDEO

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları dekabrın 3-ü Xankəndi ilə Şuşa şəhəri arasındakı Rusiya sülhməramlı qüvvələrinin nəzarət məntəqəsində olublar. Rus sülhməramlılar əvvəlcə Azərbaycanın dövlət qurumlarının işinə maneçilik törətməyə çalışıblar.

Metbuat.az xəbər verir ki, hadisənin görüntülərini əks etdirən video və fotoşəkillər sosial şəbəkədə geniş müzakirələrə səbəb olub. Bu gün isə İctimai TV səfərə dair geniş videoreportaj təqdim edib.

Videoreportajda Rusiya sülhməramlıları dəhlizdə apardıqları yoxlanışların effektiv olmadığını etiraf edirlər. Kadrlardan qondarma, separatçı rejimin “polislər”inin sülhməramlıların arxasında gizləndiyi aydın şəkildə görünür.

Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkov jurnalistlərə açıqlamasında Azərbaycan toponimlərinin istifadə edilməsi, həmçinin 14 İran vətəndaşının Azərbaycan ərazisinə neçə keçməsi barədə sualı cavablandırır.

Xatırladaq ki, 44 günlük Vətən müharibəsinin sonunda imzalanan üçtərəfli 10 noyabr bəyanatının 4-cü bəndinə görə, Rusiya sülhməramlıları beş il müddətinə Qarabağa yerləşdiriliblər.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu