“Sülhməramlılar ilə üz-üzə duranlar Qarabağdakı ermənilərin xilaskarlarıdır”

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin dünən tam zamanında ölkəmizdə akkreditə olmuş diplomatik korpusun təmsilçiləri və hərbi attaşelər üçün brifinq keçirirərək Laçın yolunun orada etiraz aksiyasına qatılan əsgər qeyrətli soydaşlarımızın deyil, Rusiya Qarabağdakı müvəqqəti hərbi kontingentinin bağladığını bildirdi.

Azərbaycanın Xarici İşlər Nazirliyinin Qarabağdakı hayların humanitar ehtiyaclarını qarşılamağa hazır olduğumuzu bəyan etməsi isə bu yolu bağlamaqla dünyanı bizim əleyhimizə qaldırıb orada yenə saman altdan su yeridəcəklərini, dələduz Vardanyanla əl-ələ verib təbii resurslarımızı çapıb talayacaqlarını düşünənlərə çox gözəl cavabdır.

Həqiqəti bilmək istəyənlər görürlər ki, orada etiraz aksiyası keçirən qeyrətli vətəndaşlarımızın, jurnalistlərimizin və bütövlükdə dövlətimizin məqsədi təkcə ekologiyaya böyük zərbə vurmaqla təbii resurslarımızın vəhşicəsinə talanmasının qarşısını almaq deyil.

Həm də Qarabağdakı yerli hayları, dinc adamları nə qədər mümkündürsə, bir o qədər tez başında de-fakto Volkov- Vardanyan cütlüyünün durduğu separatçı rejimin zülmündən qurtarmaq, onların da digər Azərbaycan vətəndaşları kimi normal yaşamalarını təmin etməkdir.

Yəni bu gün Rusiya hərbi kontingenti ilə üz-üzə duranlar Qarabağdakı dinc hayların düşmənləri yox, xilaskarlarıdır. Əminəm ki, gec-tez onlar da bu reallığı dərk edəcəklər.

ABŞ-ın ölkəmizdəki diplomatik təmsilçiliyindəkilər də hazırda Laçın yolunda nəyin və niyə baş verdiyini dərk etmək istəyirlərsə, onda səfir Örl Litzenberger şeytanın qıçını sındırıb Şuşaya gedərək vəziyyəti yerində öyrənsə pis olmazdı. Onun Şuşaya niyə getmək istəmədiyi heç kəsə sirr deyil, ABŞ-da düşünürlər ki, bununla haylara Moskvadakılardan daha çox canları yandığını göstərib Rusiyanı Ermənistandan vurub çıxarmaq üçün zəmin hazırlayırlar. Qoy düşünsünlər, amma ABŞ-ın ölkəmizdəki səfirliyinin Laçın yolunda baş verənlərin mahiyyətinə varmadan bizim vətəndaş cəmiyyəti təmsiçilərinin Rusiya hərbi kontingentinin özbaşınalığına qarşı keçirdiyi aksiya ilə bağlı general Volkovu təlimatlandıranların maraqlarına cavab verən açıqlama yayması çox yumşaq desək, məsuliyyətsizlikdir.

Millət vəkili Sahib Alıyev / Metbuat.az



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu