Müstəqil.az informasiya agentliyi xəbər verir ki,
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqları, xüsusilə “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın yolundan növbəti humanitar yardım karvanı keçib.
Musteqil.az xəbər verir ki, əvvəldən razılaşdırılmış qaydaya uyğun olaraq, bu gün saat 20:35-də aksiya iştirakçıları tərəfindən Rusiya sülhməramlı kontingentinə məxsus 2 ədəd “KamAZ” markalı yük maşını və 2 ədəd UAZ Patriot markalı minik avtomobilinin Laçından Xankəndi istiqamətinə, 1 ədəd “Tigr” markalı zirehli avtomobilin isə əks istiqamətdə hərəkətinə şərait yaradılıb.
Humantar yardım karvanı aksiyanın keçirildiyi yerdən heç bir maneəsiz hərəkət edib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.