1455413

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Soyuq havada həddindən artıq qalın geyim tromboz yaradır.

Musteqil.az xəbər verir ki, bu barədə rusiyalı cərrah və kardioloq Vladimir Xoroşev xəbərdarlıq edib.

“Havanın temperaturu cəmi üç-dörd dərəcə istilik və ya şaxtadırsa, adam isə on doqquz şərflə bürünüb və üç sviter geyinibsə, bu trombozun meydana gəlməsinə səbəb olur. Çünki istixana effekti yaranır, bu da trombların əmələ gəlməsinə meyli artırır”, – deyə o, bildirib.

Həkim bunun əksinə çox üşümənin – donmanın da qan laxtalarının əmələ gəlməsinə səbəb olduğunu bildirib.

Bundan başqa ətrafların travması, COVID-19-un fəsadları və xroniki xəstəliklər trombozun səbəbləri arasında göstərilib.

Xoroşev əlavə edib ki, kəskin trombozun ilk əlaməti trombozun haradan yaranmasından asılı olaraq hiss olunan ağrıdır.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






//waufooke.com/4/5013541