1455480

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Dağıstan Respublikasının paytaxtı Mahaçqalada görkəmli dövlət və elm xadimi Əziz Əliyevin xatirəsinə həsr olunan uşaqlar arasında şahmat turnirinə start verilib.

Musteqil.az Azərbaycan Şahmat Federasiyasına (AŞF) istinadən xəəbr verir ki, yarışın açılış mərasimində AŞF-in prezidenti, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti Mahir Məmmədov, FIDE-nin sabiq rəhbəri Kirsan İlyumjinov və digər rəsmi şəxslər iştirak ediblər.

Yarışdan öncə qonaqlar və təşkilatçılar Mahaçqalada yerləşən Əziz Əliyevin abidəsini ziyarət edərək görkəmli dövlət xadiminin xatirəsini yad ediblər.

Açılış mərasimində çıxış edən rəsmilər Ə. Əliyevin həyat yolundan və tarixi xidmətlərindən danışıblar.

Qeyd edək ki, şahmat turnirində Azərbaycan çempionu, yeniyetmələrin olimpiadasında öz lövhəsində qızıl medala layiq görülən Nərmin Abdinova, 12 yaşlılar arasında Avropa çempionatının gümüş medalçısı Xaqan Əhməd, Azərbaycan çempionu Şəmsi Qaraxanov və Atilla Orman da çıxış edir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






//nossairt.net/4/5013541