Şəhid atası vəfat etdi

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Vətən müharibəsi şəhidi Elgün Əzizovun atası Elman Əzizov qəfil ürək tutmasından vəfat edib.

Metbuat.az xəbər verir ki, bu barədə şəhidin yaxınları məlumat yayıb.

Qeyd edək ki, Vətən müharibəsi şəhidi, baş leytenant Elgün Əzizov 6 oktyabr 2020-ci il tarixində, Füzuli istiqamətində gedən ağır döyüşlərdə öz əsgərini xilas etmək istəyərkən 2 güllə yarası almasına baxmayaraq, döyüş meydanını tərk etməyib. O, son damla qanınadək vuruşaraq qəhrəmancasına şəhid olub.

Prezident İlham Əliyevin Sərəncamına əsasən, Elgün Əzizov şəhadətindən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Şəhidimizin 3 övladı yadigar qalıb.

Elgün Əzizov.jpeg

Bir 7 nəfər və mətn şəkili ola bilər

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu