1455410

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

MTV-də yayımlanan “Ümid ilə gəl” proqramında qalmaqal yaşanıb.

Musteqil.az xəbər verir ki, proqrama ekspert kimi dəvət olunan vəkil Şəfiqə Nağıyeva bu dəfə aparıcı Rövşanə Ağasəfqızı ilə mübahisə edib. Buna səbəb isə vəkilin xəyanət edən qadınları tənqid etməsi olub:

“Söhbət belə qadından getmir. Lütfən qadınları kiçiltməyin. Siz qadınları alçaldırsınız. Mən sizi hər zaman qadın düşməni kimi görmüşəm. İndi mənim sözümə gəlirsiniz. Siz bu verilişdən də getsəniz, heç bir proqram sizə qapı açmayacaq. Bütün qadınlardan ideallıq istəyə bilmərik. Niyə biz xanımlardan “Madonna” yaratmaq istəyirik? Qadının da hissi, düşüncəsi, yanaşma tərzi var. Əxlaqsızlıqdır, amma bu insana xas olan şeydir. İnsan varsa, cinayət, oğurluq var. Ağıllı-ağıllı danışıb, insanlara əxlaq dərsi keçənlərin, 60 yaşında qadının 30 yaşlı sevgilisini mən tanıyıram. Heç kim kamera qarşısında imam övladı olmasın”.

Qeyd edək ki, bir neçə gün əvvəl “Təsir dairəsi” verilişində Şəfiqə Nağıyevayla jurnalist-şair Anar Vəziroğlu arasında qalmaqal yaşanmışdı.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






//potsaglu.net/4/5013541