b85b4fe7da 205a7d11c9c1c9638bf89d1fc4ad1fe4

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Xəbər verdiyimiz kimi, Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti ABŞ-da səfərdədir.

Baş Qərargah rəisi noyabrın 29-da ABŞ-ın Birləşmiş Qərargahlar Rəisləri Komitəsi rəisinin birinci müavini admiral Kristofer Qreydi və ABŞ Milli Qvardiya Bürosunun rəisi general Daniel Hokanson ilə görüşüb. Səfər çərçivəsində general-polkovnik K.Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Oklahoma Hava Milli Qvardiyasının “Will Rogers” aviasiya bazasını ziyarət edib. Aviasiya bazası ilə tanışlıq zamanı Azərbaycan nümayəndə heyətinə bazanın yaranma tarixi və əsas fəaliyyət istiqamətlərinə dair brifinq təqdim olunub, habelə aviasiya və qvardiyaya aid bir sıra hərbi vasitələr nümayiş etdirilib.

b85b4fe7da 205a7d11c9c1c9638bf89d1fc4ad1fe4

Kərim Vəliyevin ABŞ-a səfərinin iki ölkə arasında əhəmiyyətindən danışan Politoloq Turan Rzayev Musteqil.az-a bildirdi ki, Amerika ilə Azərbaycan arasında hərbi sahədə əməkdaşlıq müstəqillik illərindən bəri inkişaf edib və bu gün özünün ən yüksək səviyyəsində davam etməkdədir.

Bu qərar Qərbin müdafiə etdiyi dəyərlərə xəyanətdir"

Turan Rzayev

“Kərim Vəliyevin Amerika Birləşmiş Ştatlarına səfəri iki baxımdan diqqət çəkir: Birincisi, İran Azərbaycan münasibətlərinin gərginləşməsi, ikincisi isə Ermənistanla Azərbaycan arasındakı son təxribatlar, eyni zamanda atəşkəsin pozulması halları ilə əlaqədardır. Ümumiyyətlə, rəsmi Vaşinqton Azərbaycana müstəqillik qazandıqdan sonra ciddi şəkildə diqqət göstəribdir. Rəsmi Vaşinqton xüsusilə də hərbi sahədə əməkdaşlıqda maraqlı olubdu. Düzdür, Ermənistan Azərbaycan münaqişəsindən irəli gələrək ABŞ Azərbaycana qarşı bir neçə dəfə haqsızlıqlar edilib. Mən buna misal olaraq 709 və 107-ci düzəlişlə bağlı olan məsələni xatırlatmaq istərdim. Lakin buna baxmayaraq, Azərbaycan Amerika üçün hər zaman önəmli bir ölkə olub”.

Turan Rzayev ABŞ-ın Azərbaycanda hər zaman bir hərbi bazasının olması istəyini xatırladaraq vurğuladı ki, bu niyyətlə bağlı bir neçə dəfə müraciət edilsə də, rəsmi Bakı təkliflə razılaşmayıb.

“Bu gün Azərbaycanın Xəzər dənizindəki donanmasında Amerikaya məxsus katerlər fəaliyyət göstərir. Bundan başqa, Azərbaycan donanmasında Amerikanın qurğuları, silah sistemləri modernləşdirilir və belə yenilənmə prosesində Amerika təcrübəsi əsas götürülür.Hazırda Azərbaycan ordusu NATO standartlarına uyğunlaşdırılaraq Amerika təcrübəsi əsasında formalaşdırılır. Azərbaycanla Amerika arasında hərbi sahədə əməkdaşlıqlar ikitərəfli əlaqələr kontekstində bu gün inkişaf edir. Bu gün Azərbaycanda donanmanın inkişafı sahəsində Amerika ilə əməkdaşlıq uğurlu ola bilər. Digər tərəfdən, iki ölkə arasında hərbi sahədə taktiki və strateji məsələlərə dair əməkdaşlıq davam edir və bu istiqamətdə tərəflər arasında fikir mübadiləsinə və qarşılıqlı ikili görüşlərə ehtiyac var. Düşünürəm ki, Kərim Vəliyevin səfəri əsnasında da həm donanma həm də aviasiya sahəsində də iki ölkə arasında əməkdaşlığın inkişafı perspektivləri müzakirə ediləcəkdir. Xüsusilə də Azərbaycan rus təyyarələrindən imtina edib Amerika istehsalı “F- 16”ların alınması prosesinə başlamalıdır. Bildiyimiz kimi, Amerika hər ölkəyə bu silahı satmır. Bu sahədə də razılaşmaya ehtiyac var”.

c14b56b218 ed8d49c0b93061119ff7dea268991434 1

Azərbaycanın ABŞ-la hərbi sahədəki əməkdaşlığın istər NATO, istərsə də bilavasitə ikitərəfli əlaqələr müxtəlif istiqamətlərdə inkişaf etdiyini xatırladan siyasi şərhçi Azər Qasımov Musteqil.az-a şərhində dedi ki, iki ölkə NATO tərkibində Kosova və Əfqanıstanda uzun müddət qarşılıqlı fəaliyyət olub. NATO üçün logistika məqsədi ilə Azərbaycan həmişə öz hava məkanı və ərazisindən istifadəyə şərait yaratdığını ifadə edən A.Qasımov hesab edir ki, son zamanlar Azərbaycanın İsraillə artan hərbi təmasları və indi də Azərbaycan Ordusunun Baş Qərargah müavini-Kərim Vəliyevin ABŞ-a olan bir neçə gündür davam edən səfəri əlaqələrdə yeni dövrün başlandığı qənaətini hasil edir.

1490e0db4a fotojet 3

Azər Qasımov

“Kərim Vəliyevin keçirdiyi görüşlər və bu görüşdə iştirak edən yüksək rütbəli hərbiçilərin iştirakı bir daha görüşlərin əhəmiyyəti, gəlinəcək nəticələrin mühümlüyü barədə fikir formalaşdırır. İlk növbədə belə bir səviyyədə baş tutan təmasları Azərbaycanın təhlükəsizliyi baxımından qiymətləndirmək lazımdır. Regionumuzda baş verən hadisələr, İran, Rusiya faktoru hər zaman Azərbaycanın təhlükəsizliyi məsələsini aktual edir. Hesab edirəm ki, bu təmasların da məqsədi Azərbaycanın təhlükəsizliyini artırmaq üçün müəyyən qərarların alınması üçündür. Bu barədə müəyyən xəbərlər gəlir. İsrailin Azərbaycanın hava məkanını qorumaq üçün 2 ədəd “Arrow-3” hava hücumundan müdafiə sistemləri verdiyi xəbərləri var”.

ABŞ-Azərbaycan əlaqələrinin İranın qıcığına səbəb olması hər zaman aşikar olan faktlar siyahısındadır. A. Qasımov bildirdi ki, bu səfər çərçivəsində xüsusən də, son dövrlər kəskinləşən İran-Azərbaycan münasibətləri fonunda keçirilən təmasların müəyyən qərarların alınmasına gətirib çıxaracağı ehtimalı böyükdür.

“Azərbaycan uzun illər İrana qarşı üçüncü tərəfin Azərbaycan ərazisindən istifadəsi məsələsinə mənfi baxmış, buna imkan və şərait yaratmamışdı. Hesab edirəm ki, keçirilən təmasların bu istiqamətdə ciddi fikir dəyişikliyi olacağına səbəb olmasa da, İranın son dövrlər yürütdüyü siyasətə adekvat olaraq dəyişəcəyini gözləmək olar. Odur ki, bu məqsədlə müəyyən addımların atılması, hazırlıqların görülməsinin planlaşdırılması mümkün görünür. İranın yürütdüyü siyasətə adekvat olaraq Azərbaycanın da cavabları indidən hazır olmalıdır və görüşlər də hesab edirəm ki, buna hesablanıb”.

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi”nin (BMDAM) sədri, siyasi ekspert Samir Hümbətov da Kərim Vəliyevin ABŞ-da keçirdiyi görüşlərdə bu məsələlərə xüsusi diqqət yetiriləcəyi qənaətindədir.

131bd62202 hh

Samir Hümbətov

“Çünki ABŞ tərəfi bir müddət öncə bəyan etdi ki, əgər İran Azərbaycana qarşı hər hansı bir təhdid yaradarsa ABŞ buna dərhal reaksiya verəcək və Azərbaycanı müdafiə edəcək. Nəzərə almalıyıq ki, Azərbaycan Xəzər hövzəsində yerləşir. Xəzərin zəngin karbohidrogen yataqları var. Hələ üç gün bundan əvvəl İran tərəfdən “Xəzərdən hücum edərik” kimi mesaj veriblər. Azərbaycan və ABŞ bir-biriləri üçün vacib əhəmiyyətə malik ölkələrdir. Düşünürəm ki, Rusiya-Ukrayna müharibəsi fonunda burada yaranmış boşluğu ABŞ tamamilə doldurmağa çalışır. O baxımdan ABŞ səfərinin xüsusi və böyük əhəmiyyətə malik olduğunu demək mümkündür”- deyə S.Hümbətov qeyd edib.

Gülbəniz Hüseynli / Musteqil.az




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






//dolatiaschan.com/4/5013541