1455200

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo və baş məşqçi Fernandu Santuş arasında gərginlik müşahidə olunub.

Musteqil.az xəbər verir ki, bu barədə Portuqaliya mətbuatı məlumat yayıb. Bildirilir ki, baş məşqçinin Ronaldonu bütün oyunlarda əvəzləməsi hücumçunu qəzəbləndirib. Ronaldo baş məşqçiyə etiraz edib. Bundan sonra tərəflər arasında mübahisə olub. Məsələdən Portuqaliya Futbol Federasiyası da xəbər tutub və komandada sabitliyin pozulmaması üçün müdaxilə edib.

Qeyd edək ki, qrupu lider kimi başa vuran Portuqaliya millisi 1/8 finalda İsveçrə ilə qarşılaşacaq.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






//whairtoa.com/4/5013541