1455141

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Dünyanın ən yaxşı baş məşqçilərinin dekabr üçün ilk reytinq cədvəli açıqlanıb.

Cədvələ fəaliyyətini davam etdirən 500 ən yaxşı mütəxəssis yer alıb. Azərbaycan klubları siyahıda iki mütəxəssislə təmsil olunub. “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf və “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov siyahının ilk yarısında qərarlaşıb.

Siyahıda yeganə azərbaycanlı olan Qurbanov bir pillə irəliləyib. 50 yaşlı mütəxəssis 1595 xalla 209-cudur. “Neftçi”nin rumıniyalı çalışdırıcısının mövqeyi dəyişməyib. Regekampf 1627 xalla 177-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, siyahıya Pep Qvardiola (2194) başçılıq edir. Yurgen Klopp (2112) ikinci pilləyə qayıdıb. Joze Mourinyo üçüncüdür – 2063 xal.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






//whairtoa.com/4/5013541