62b6e392ad7ac62b6e392ad7ad165615297862b6e392ad7a862b6e392ad7aa

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Azərbaycanın harada təlimlər keçirməsi bizim daxili işimizdir. Bu təlimlər də əvvəlcədən planlaşdırılıb, ssenari əvvəlcədən qurulub və heç bir ölkəyə qarşı yönəlməyib”.

Musteqil.az xəbər verir ki, bu sözləri saytımıza açıqlamasında ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov deyib. O qeyd edib ki, Azərbaycan və Türkiyə arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən Azərbaycan-Türkiyə birgə təlimi keçirilir:

“Bu təlimin keçirilməsi hər il olduğu kimi bu ilin planına uyğun olaraq birgə fəaliyyət çərçivəsində həyata keçirilir. Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin şəxsi heyəti, döyüş və xüsusi təyinatlı mühəndis istehkam texnikası, həmçinin hərbi aviasiya vasitələrinin cəlb olunması ilə keçirilən təlim Bakı şəhəri, eləcə də Cəbrayıl, İmişli, Astara rayonlarının ərazisində keçirilir. Ssenariyə uyğun olaraq Azərbaycan Ordusunun quru qoşunları, hərbi-hava qüvvələri, Xüsusi Təyinatlı Qüvvələr, mühəndis qoşunları, raket və artilleriya qoşunlarının bölmələri Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri ilə birgə müxtəlif təlim döyüş tapşırıqlarını yerinə yetirirlər. Təlimdə müasir döyüş üsullarından istifadə etməklə artilleriya, aviasiya və digər qoşun növlərinin hərbi əməliyyatlarda tətbiqi, onların qarşılıqlı əlaqədə fəaliyyətinin təşkili, çayların üzərindən keçid açmaq məqsədilə panton körpülərin salınması, şərti düşmənin dərinliyinə desant endirilməsi üzrə müxtəlif tapşırıqlar və hədəflər icra edilir. Eyni zamanda, birgə təlimdə əsas diqqət qoşunların qarşılıqlı fəaliyyəti zamanı döyüş uzlaşmasının təmin edilməsi, idarəetmənin təkmilləşdirilməsi, təcrübə mübadiləsi və şəxsi heyətin peşəkarlığının artırılmasıdır. Bu təlimlərdə ən müasir və yeni alınmış hərbi texnika və avadanlıqların tam şəkildə istifadə qaydalarının yoxlanılması kimi tapşırıqlar da icra olunur. Həm də Azərbaycan Ordusunun 2-ci Qarabağ savaşında 44 gün ərzində qazanmış döyüş təcrübəsinin elementləri və yanaşmaları da tətbiq ediləcək”.

Hərbi ekspert qeyd edib ki, “Şuşa Bəyannaməsi və “bir millət, iki dövlət” prinsipi ilə inkişaf edən münasibətlərimiz var. Türkiyə ordusu deyəndə yanında Azərbaycan ordusunu, Azərbaycan ordusu deyəndə də Türkiyə ordusunu görmək lazımdır:

“Bunun üçün bütün hüquqi sənədlər tam şəkildə hazırlanıb və iki dövlət arasında lazımi prosedur qaydaları aparılıb. Belə olduğu halda hər hansı bir tapşırığı birgə yerinə yetirmək üçün Azərbaycan və Türkiyə birgə təlimlər keçirməlidir. Son zamanlar Türkiyə ordusunun nümayəndələri ilə birgə iri miqyaslı təlimlər keçirilir. Bu, artıq ənənəvi hal alıb. Bu da gələcəkdə iki qardaş ölkənin peşəkar heyətinin qarşıya qoyulan istənilən tapşırığı birgə yerinə yetirməsi üçün böyük imkanlar yaradır”.

Şair Ramaldanov: “Azərbaycan Ordusu regionda sülh və təhlükəsizliyin  təminatçısıdır”

Şair Ramaldanov

Son zamanlar Azərbqaycan – İran münasibətləri fonunda yaşananlara gəlincə, bu təlimləri çoxları cənub qonşularımıza mesaj kimi qiymətləndirir. Ehtiyatda olan polkovnik qeyd edir ki, təlimlər əvvəlcədən planlaşdırılıb, ssenari əvvəlcədən qurulub və heç bir ölkəyə qarşı yönəlməyib:

“Azərbaycanın harada təlimlər keçirməsi bizim daxili işimizdir. Bu təlimlər də əvvəlcədən planlaşdırılıb, ssenari əvvəlcədən qurulub və heç bir ölkəyə qarşı yönəlməyib. Təbii ki, burada müxtəlif hərbi hissələrin və növlərin geniş tapşırıqlar və fəaliyyətlərini görürük. Bu da müasir döyüşlərdə bütün növ hərbi qurumlar müştərək şəkildə fəaliyyət göstərməlidir. Bunun üçün də bunlar təlimlərdə uzlaşdırılır. Əlbəttə, son zamanlar İran Respublikası Azərbaycan sərhədlərinə yaxın təlimlər keçirtdi. Bu, hər yerdə belədir. Əgər qonşu tərəf hər hansı bir istiqamətdə təlimlər keçirirsə, qonşu olan digər dövlət də adətən o istiqamətdə müəyyən bir təlimlər keçirir. Keçirilən təlimlər Azərbaycanın sərhədlərini gücləndirmək üçündür və hər hansı bir vəziyyət yaranarsa ordumuz qarşısında sərhədləri qorumaq üçün ssenariyə uyğun qarşıya məqsədlər və hədəflər qoyur”.

Şair Ramaldanovun sözlərinə görə, əgər hansısa şəkildə Azərbaycan ərazilərinə cənub istiqamətdən təhlükə olarsa, bu təlimlərin ssenarisi də həmin təhlükənin aradan qaldırılması və sərhədləri müdafiə etmək məqsədilə həyata keçirilir:

“Hər bir təlim nümayiş xarakteri daşıyır. Azərbaycan ordusu öz ərazi bütövlüyünü qoruyur. Bundan sonra da qorumaq üçün bu tipli təlimlər keçiriləcək. Artıq Azərbaycanda bütün sahələrdə aparılan böyük islahatların bu təlimlərdə nəticələri və hansı formada tətbiq edilməsi və nəticəsi baxımından mühüm rol oynayır. Bütün təlimlər kimi bu təlimlərin də əsas məqsədi iştirakçılarının döyüş qabiliyyətinin yoxlanılması, birgə qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsidir. Eyni zamanda döyüş və digər təminatların aparılması da qarşıya qoyulub”.

Gülər Seymurqızı



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






//augailou.com/4/5013541