“Qarabağ”ın Antalyadakı yoxlama oyunları bu tarixlərdə keçiriləcək

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Qış təlim-məşq toplanışını Türkiyənin Antalya şəhərində keçirəcək “Qarabağ”ın yoxlama oyunlarının tarixləri müəyyənləşib.

Klubun mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, Ağdam təmsilçisi qardaş ölkədə 3 sınaq matçında qüvvəsini sınayacaq.

“Köhlən atlar” yanvarın 13-də Polşanın “Poqon” komandası ilə qarşılaşacaq. Komanda 5 gün sonra isə Serbiya “Çukariçki”si və Polşanın digər təmsilçisi “Rakuv”la üz-üzə gələcək.

Qeyd edək ki, “Qarabağ” yanvarın 4-dən 23-dək Antalyada təlim-məşq toplanışında olacaq.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu