1455827

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Xızı rayon Baxışlı və Altıağac kənd tam orta məktəblərinin müəllimləri Bakı-Quba yolunda avtomobil qəzasına düşüblər.

Abşeron – Xızı Regional Təhsil İdarəsindən Musteqil.az-ın sorğusuna cavab olaraq bildirilib ki, müəllimlər “DACİA” markalı avtomobildə olublar.

Belə ki, Xızı rayonu A.Abdullayev adına Altıağac qəsəbə tam orta məktəbinin 2 ildir rus dili müəllimi olan Abbasova Aynurə Fərman qızının baş nahiyəsi əzilib və yaralanıb, başına tikiş qoyulub. Həmin məktəbin cari ildən tarix müəllimi olan Musasoy Şəhriyar Anar oğlunda da əzilmələr olub. Qoyulan diaqnoza görə, daxili qanaxma şübhəsi var. Məlumata görə, müəllim bu yaxınlarda əməliyyat olunub.

Həmçinin bu il eyni məktəbə təyinat alan ingilis dili müəllimi Talıblı Sübhanə Mirzağa qızının da bel nahiyəsində əzilmə var.

Xızı rayonu Xələnc kənd ümumi orta məktəbinin 4 ildir fiziki tərbiyə müəllimi Eyvazova Şəbnəm Arif qızında da əzilmə olub. Xızı rayonu Z.Abbasov adına ümumi orta məktəbinin 3 ildir ki, biologiya müəllimi olan Həşimova Səriyyə Həsən qızının da həmçinin körpücük sümüyü sınıb. Cari ildən informatika müəllimi olan Əliyeva Aytən Təbriz qızında isə yüngül əzilmə olub.

Hazırda yaralı müəllimlərin müalicəsi Siyəzən Mərkəzi Xəstəxanasında davam etdirilir.

Qeyd edək ki, Baxışlı kənd tam orta məktəbinin 6 illik fiziki tərbiyə müəllimi Elvin Rüstəmov dünyasını dəyişib.

Gülər Seymurqızı

Qəzada vəfat edən müəllim jurnalist imiş -





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






//thaudray.com/4/5013541