Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Dəniz yosunlarından plastik alternativi hazırlayan Böyük Britaniya firması Britaniya Şahzadəsi Uilyamın “Earthshot” iqlim mükafatının 1 milyon funt sterlinqlik qaliblərindən biri seçilib.

Musteqil.az BBC-yə istinadən xəbər verir ki, plastikə alternativ London startapı “Notpla” şirkəti tərəfindən hazırlanıb.

Firma Rodrigo Garcia Gonzalez və Pierre Paslier tərəfindən London İmperator Kollecində və Kral İncəsənət Kollecində tələbə olarkən yaradılıb.

Belə ki, “Notpla” şirkəti əvvəlcə su saxlaya bilən “Ooho” adlı yeməli köpükcük, sonra isə dəniz yosunlarından hazırlanmış “Notpla” adlı plastik alternativ hazırlayıb. Şirkətin məhsullarına qutular üçün örtük, film, dəniz yosunundan hazırlanmış kağız və həmçinin dəniz yosundan hazırlanmış sərt plastik alternativ daxildir. Bu il firma “JustEat” paket çatdırılması platforması üçün bir milyondan çox yemək qutusu hazırlayıb.