Narkotikin təsir altında avtobus sürən şəxs saxlanılıb

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Narkotik vasitənin təsir altında avtobus idarə edən şəxs saxlanılıb.

Bu barədə Metbuat.az-a Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Bildirilib ki, İdarənin Ekoloji Nəzarət Bölüyünün əməkdaşları tərəfindən görülən tədbirlər nəticəsində narkotik maddənin təsiri altında avtobus idarə edən Həzrətquliyev Kənan Aftandil oğlunun qanunazidd əməllərinin qarşısı alınıb.

Belə ki, “İsuzu” markalı, 90-TV-781 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü K.Həzrətquliyev Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları tərəfindən saxlanılıb.

Sənədlərin yoxlanılması zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub və müayinə zamanı K.Həzrətquliyev narkotik maddə qəbul etməsi müəyyən edilib.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati protokol tərtib edilərək toplanmış materiallar aidiyyəti üzrə baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu