1455250

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Argentina millisinin kapitanı Lionel Messi DÇ-2022-nin favoritlərindən danışıb.

Musteqil.az xəbər verir ki, 35 yaşlı ulduz futbolçunun dediklərini “Ole” belə yazıb:

“Argentina 1/4 finala yüksələrək ən yaxşı səkkiz komandadan biri oldu. Biz həmişə adı yaxşılar sırasında çəkilən güclü futbol ölkəsi olduğumuzu isbatladıq. Bura gəlməmişdən öncə favoritlərdən biri sayıldığımızı bilirdik. Lakin bacarığımızı ortaya qoymalı, gücümüzü meydanda göstərməliydik. Xoşbəxtlikdən addım-addım yolumuza davam edirik.

Digər favoritlər? Əlbəttə, başqa komandaları da izləyirik. Mundialdan öncə də dediyim kimi, Braziliya çox yaxşı oynayır. Kameruna uduzsalar da, favoritlərdən biri olduqları şübhə doğurmur. Eləcə də Fransa və İspaniyanı unutmamalıyıq. Onlar da adlarını 1/4 finala yazdırıblar”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






//intorterraon.com/4/5013541