1455691

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

FİFA Argentina millisinin kapitanı Lionel Messi haqda araşdırmalara başlayıb.

Musteqil.az offsideplus.az-a istinadən xəbər verir ki, dünyanın ali futbol qurumu bu addımı 35 yaşlı hücumçunun DÇ-2022-nin 1/4 mərhələsində Niderlanda qalib gəldikdən sonra etdiyi hərəkətə görə atıb.

Belə ki, Messi matçdan sonra müsahibə verərkən, niderlandlı futbolçu Vout Veqorstla söz atışmasına çıxıb. O, həmkarına “Nəyə baxırsan, axmaq? Davam et”, – deyə cavab verib.

FİFA futbolçunun davranış qaydalarını pozması səbəbilə onun haqqında araşdırma başladıb. “Leo”nun cəzalandırılacağı istisna edilmir. Onun haqqında qərarın dekabrın 13-də açıqlanacağı gözlənilir.

Xatırladaq ki, Argentina yarımfinalda Xorvatiya ilə qarşılaşacaq.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






//nossairt.net/4/5013541