1455188

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Ulduz futbolçu Kilian Mbappe dünya çempionatları tarixində rekorda imza atıb.

Musteqil.az xəbər verir ki, DÇ-2022-nin 1/8 finalında Polşa ilə görüşdə dubl edib. Belə ki, Kilian 74 və 90+1-ci dəqiqələrdə komandasına qazandırdığı qol sayı ilə həm də mundialda vurduğu qolların sayın 9-a çatdırıb.

Bununla da 24 yaşlı hücumçu rekorda imza atıb. İndiyədək heç bir oyunçu mundialda 24 yaşınadək 9 qol vura bilməyib.

“Mirror” yazır ki, Kristiano Ronaldo 20 matçda cəmi 8 qol vurub. Messi isə Dünya Kuboklarında 25 matçda 9 qol vurub.

Həmçinin Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) 2022-ci ilin ilk 11 ayında hazırladığı hesabata görə, Kilian Mbappe ən çox qol vuran futbolçu olaraq siyahıya liderlik edir.

Mbappe bu siyahıda birincidir, Messi isə 17 pillə geridədir

Qeyd edək ki, Fransa- Polşa matçı “xoruzlar”ın 3:1 hesablı qələbəsi ilə bitib. Polşalıların tək qolunu isə əsas hissəyə əlavə edilən 9-cu dəqiqədə penaltidən Robert Levandovski vurub.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






//meenetiy.com/4/5013541