Macarıstan Ukraynaya 18 milyard avro ayrılmasına veto qoydu

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Budapeşt Avropa İttifaqının 2023-cü ildə Ukraynaya 18 milyard avro yardım ayırmaq planını dəstəkləməkdən imtina edir.

Metbuat.az UNİAN-a istinadən bildirir ki, Macarıstanın Baş naziri Viktor Orban Kiyevin təkcə Rusiyanın hərbi təcavüzündən qorunmaq üçün vəsait almasından narazıdır.

“Biz bu məqsədlə Aİ-nin ümumi kreditinin alınmasının tərəfdarı deyilik. Çünki biz Aİ-nin ümumi borcları olan dövlətlər birliyinə çevrilməsini istəmirik. Dövlətlər birliyindən “borclular cəmiyyəti”nə çevrilməyə ehtiyac yoxdur. Bu, Adətən borclarını ödəyə bilməyən Macarıstan deyil, digər ölkələrdir. Biz təkcə Ukrayna ilə bağlı deyil, digər hallarda da Aİ-nin birgə borclanmasını dəstəkləmirik”, – deyə Orban bildirib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.