Məmməd Arazın arxiv görüntüləri – VİDEO

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Azərbaycan Televiziyası arxivindən uzun müddətdir işıq üzü görməmiş yeni kadrlar yayımlayıb.

Metbuat.az xəbər verir ki, “AzTV Tarix” yutub kanalında yayımlanmış arxiv matertiallarda Xalq şairi Məmməd Arazın unikal görüntüləri var. Görüntülər AzTV-nin 2006-cı ildə M.Arazın xatirə gününə həsr etdiyi “Məni şeirində gəz…” sənədli filmində yayımlanıb. Filmdə Azərbaycan Televiziyasının xalqımızın maddi-mənəvi sərvəti hesab olunan arxivinə müraciət olunub, Xalq şairinin müxtəlif vaxtlarda çəkilmiş kadrlarından istifadə olunub.

Sənədli filmdə Məmməd Arazın məşhur “Azərbaycan” şeiri səsləndirilib.

Qeyd edək ki, Xalq şairi Məmməd Araz 2004-cü il dekabrın 1-də vəfat edib.

Onu da bildirək ki, Prezident İlham Əliyev “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin audiovizual arxiv materiallarının rəqəmsallaşdırılması və vahid bazasının yaradılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Bu istiqamətdə işlərə başlanılıb.

https://www.youtube.com/watch?v=PQ89QFQNzzc

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu