1455487

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Kanadalı məşhur müğənni Selin Diona sağalmaz nevroloji xəstəlik diaqnozu qoyulub.

Musteqil.az xarici mediaya istinadən xəbər verir ki, 54 yaşlı müğənni İnstaqram hesabında pərəstişkarlarına ağır xəstəlikdən əziyyət çəkdiyini açıqlayıb.

Bu yaxınlarda ona milyonda 1-də rast gəlinən “donmuş” insan sindromu adlı çox nadir nevroloji xəstəlik diaqnozu qoyulduğunu bildirib.

Qeyd edək ki, “donmuş” insan sindromu nadir nevroloji xəstəlikdir. Bu xəstəlik gövdə və əzalarda əzələnin sərtləşməsi və əzələ spazmlarına səbəb olur. Çox səs-küy də spazmları artırır və nəticədə, xəstələr evdən çıxmağa qorxurlar, çünki küçənin səs-küyü spazmlara və yıxılmalara səbəb ola bilər.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






//augailou.com/4/5013541