Kəlbəcərdə şirkətin yük avtomobili qaçırılıb

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Kəlbəcər rayonunda şirkətə məxsus yük avtomobili qaçırılıb.

Bu barədə Metbuat.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, rayon ərazisində inşaat şirkətinə məxsus “HOWO” markalı yük avtomobilinin qaçırılması barədə polisə məlumat daxil olub.

Kəlbəcər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən orada sürücü işləyən – Goranboy rayon sakini Elçin İsmayılov saxlanılıb.

Avtomobil şirkətə təhvil verilib.

Araşdırma aparılır.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu