İştirakçı ölkələrin hər biri qol vurub, Braziliya qapısını toxunulmaz saxlayıb

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Qətərdəki dünya çempionatında iştirak edən bütün ölkələrin yığmaları qrup mərhələsində qol vurublar.

Metbuat.az xəbər verir ki, ən yaxşı göstərici hələlik İspaniya və İngiltərə milli komandalarına məxsusdur. Sözügedən kollektivlər mundialda keçirdiyi 3 oyunda hərəyə 9 dəfə fərqlənib.

Uels, Danimarka, Belçika, Qətər və İsveçrə yığmaları cəmi 1 qol imza atıblar. İndiyədək ən çox top buraxan komanda Kosta Rika seçməsidir – 11.

Qrup mərhələsində qapısını toxunulmaz saxlayan yeganə yığma isə Braziliyadır – 3:0.

Qeyd edək ki, mundiala dekabrın 18-də yekun vurulacaq.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu