1455652 scaled

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Dekabrın 6-da Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasının əsas korpusunda baş verən yanğın hadisəsi molla rejimi tərəfindən ciddi şəkildə manipulyasiya edilməyə çalışılır. Hadisədən sonra rejimin trol şəbəkəsi akademiyada baş verən yanğın ilə bağlı dezinformasiyalar yayaraq İran maraqlarına xidmət edən manipulyativ iddialar səsləndirirlər.

Misal üçün, iranlı jurnalist Rza Abbasi “Bakının tam mərkəzində sərhəd qoşunlarının binası “təsadüfən” yanması barədə ikrah ifadə edən fikirlər yazaraq ağlasığmaz ittihamlar irəli sürüb

Politoloq Turan Rzayev iranlı jurnalist Rza Abbasinin baş verən yanğınla bağlı tvitter hesabında etdiyi paylaşıma nəzərən bildirdi ki, DSX Akademiyasında baş verən yanğının İranla yaxından-uzaqdan əlaqəsi yoxdur. Düzdür, İran bu tipli təxribatlar törədə, daxili sabitliyi pozmaq üçün addımlar ata bilər, lakin indiki məqamda bu imkanlardan məhrumdur.

“Birinci, DTX-nin keçirdiyi son əməliyyat nəticəsində İranın ölkəmizdə fəaliyyət göstərən agentura şəbəkəsinə ciddi ölçüdə zərər verilib. Xüsusilə molla rejiminin Bakıya əsas təzyiq vasitəsi sayılan “Kərimə dövləti”ni elan edən “Huseyniyyun” qruplaşmasının üzvlərinin aşkarlanması rəsmi Tehran üçün ciddi zərbə oldu.İkinci, İranda etiraz aksiyaları hazırda artan tempdə davam edir. Həftə ərzində aksiyalar Buşehr, Əlburz, İsfahan, Kirmanşah, Qum, Məşhəd, Sənəndəc, Tehran, Kərəc, Həştgerd, Rəşt, İlam, İzə, İsfahan, Şiraz, Bəndər Abbas, Əhvaz, Sənəndəc, Zahidan, Saqqız, Mərivan, Urmiya, Təbriz, Ənzəli, Ərdəbil və bir sıra şəhərlərdə davam edib. Ötən həftələrə nəzərən aksiyalarda iştirak edən etirazçıların sayı gözlə görüləcək qədər artıb. Yəni etiraz aksiyalarının günü-gündən gücləndiyi bir zamanda İranın ölkə xaricində nə isə etməsi inandırıcı deyil.

Rza Abbasinin bu yanaşmasının absurd olduğu kimi bir o qədər də hiyləgər olduğunu deyən Turan Rzayev hesab edir ki, molla rejimi Rza Abbasi üzərindən özünü hər şeyə qadir dövlət kimi göstərməyə çalışır. Bununla da Türkiyəni və Azərbaycanı hədələyir.

“Abbasi onu da iddia edir ki, “Bu, Bakı rejiminin seçdiyi taledir və mən Ərdoğana bir nəzər salmağı və özünə dərs almağı təklif edirəm”. “Ərdoğana nəzər salmaq” deyəndə Abbasi bir çox şeyi nəzərdə tuta bilər. Söhbət bir müddət öncə Taksimdə baş verən teraktdan, ondan əvvəl İraqda Türkiyə konsulluğuna edilən hücumdan, ya da bir il öncə Türkiyədə baş verən meşə yanğınlarından da gedə bilər. Ümumiyyətlə daha çox versiyanı sadalamaq olar, lakin bunların heç birini İran etməyib, edəcək imkanı da yoxdur.Reallıq isə ondan ibarətdir ki, rəsmi Tehran “Qardaş yumruğu” Azərbaycan-Türkiyə birgə təlimlərindən ciddi şəkildə narahat olub. Bu narahatlığını isə Rza Abbasi kimi şəxslər üzərindən süni ajiotaj yaradaraq göstərir”.

Konfliktoloq Elman Vəliyev isə düşünür ki, İran o qədər də xəfifə alınası dövlət deyil. Musteqil.az-a açıqlamasında E.Vəliyev bildirdi ki, DSX akademiyasının binasında yanğının olması və İran tərəfinin bunu dilə gətirməsi təsadüfi deyil.

“İranın rəsmi Bakı ilə iki əsas problemi var. Birincisi sionizmin buradakı varlığı, digəri ərazi problemidir. İranın ən ehtiyat etdiyi Zəngəzur dəhlizinin açılması, cənubdakı azərbaycanlıların kütləvi üsyana qalxma ehtimalıdır. İranın kəşfiyyat təşkilatı MOİS adlanır. MOİS-in əminəm ki, Azərbaycanda əli-qolu bir xeyli genişlənib. Yəni bölgədə şiələri etiraza da qaldıra bilər, akademiyadakı yanğın kimi bir neçə hadisə də törədə bilər. Bunu nəzərə almaq vacibdir. Ermənidən daha təhlükəli bir rejimlə qarşı-qarşıyarıq.

İranın Avropa ilə quru sərhədi Ermənistan vasitəsilədir. Əgər dəhliz açılsa, ya bu marşurutun istiqaməti Hörmüz boğazı-Ərəbistan dənizi-Babul Məndəb boğazı-Qırmızı dəniz-Suveyş kanalı-Aralıq dənizi, ya da keçid haqqı ödəməli olacaq. Əsas sual budur ki, onlar kimə ödəyəcəklər? Hesab edirəm ki, dəhlizin müdafiəsini, gömrüyünü bizə verməzlər. İranın əvvəl də Azərbaycana qarşı təxribatlar törətdiyini bilirdik. Amma indiki kimi kuliminasiya nöqtəsinə çatmamışdı”.

Bakı-Tehran konfliktinə can atanların mövcud olduğunu xatırladan konfliktoloqun fikrincə bu gərginlik Azərbaycana sərf etmir. E. Vəliyev düşünür ki, iki dövlət arasında diplomatik münasibətləri nizamlayaraq əsassız fikirlərə də cavablar verilməlidir.

“Bizə İsrailin dəstəyi böyükdür. Ancaq bunun faydası da var, ziyanı da. İran istəsəydi onunla da bu münasibətləri qoruya bilərdik, günahkar özləridir. Fars rejimi qərbin əli ilə qurular ermənilərə və PKK-ya dəstək verən bir rejim düşüncəsində formalaşdırıb. Azərbaycanda belə bir vəziyyətdə özünümüdafiə sektorunu gücləndirmək doğru addım ola bilər. Bölgədə türk hərbi bazalarının yerləşdirilməsi pis bir seçim olmaz. Hazırki vəziyyətdə İranda hakimiyyətin ən alternativi seçimi islahatlar keçirməklə vəziyyəti nəzarət altına alaraq, dünyada islama fərqli don geyindirilməsinin qarşısını almaq ola bilər”.

Gülbəniz Hüseynli / Musteqil.az



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






//thaudray.com/4/5013541