1455785

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Azərbaycanın İrandakı səfirliyində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anım gününə həsr olunmuş “Tarix yaradan dahi şəxsiyyət” adlı anım mərasimi keçirilib.

Musteqil.az AZƏRTAC-a istinadən xəbər verir ki, İran parlamentinin, Xarici İşlər Nazirliyinin, yerli media qurumlarının, eləcə də Tehranda yaşayan Azərbaycan diasporunun üzvlərinin və ictimaiyyətin nümayəndələrinin qatıldıqları tədbirdə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə çıxış edən İran parlamentinin Təhlükəsizlik və xarici siyasət komitəsinin üzvü, deputat Mahmud Abbaszadə Meşkini Ulu Öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, İran və Azərbaycan xalqlarının oxşar cəhətlərindən, ikitərəfli münasibətlərdən danışıb. O deyib ki, Heydər Əliyev dahi şəxsiyyət kimi tarixdə xüsusi iz qoyub.

Azərbaycanın İrandakı səfiri Əli Əlizadə çıxışında müasir Azərbaycan dövlətinin banisi və qurucusu, Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qorunub saxlanması, möhkəmlənməsi üçün işləyib hazırladığı və gələcək nəsillərə miras qoyduğu dövlətçilik konsepsiyasından danışıb.

Qeyd olunub ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gələn Ulu Öndərin apardığı müdrik siyasət nəticəsində Azərbaycan-İran münasibətləri inkişaf mərhələsinə qədəm qoydu. SSR-i dövründə Sovet İttifaqı rəhbərliyinin Qarabağı Ermənistana birləşdirmək cəhdlərinin qarşısı dəfələrlə Heydər Əliyev tərəfindən alınıb. Lakin 1987-ci ildə onun vəzifədən getməsi nəticəsində Qarabağ Ermənistan tərəfindən işğal edilib.

Diplomat Ulu Öndərin “Qarabağ məsələsini həll edəcəyik. Bizim işğal olunmuş torpaqlarımız nəyin bahasına olursa-olsun mütləq qaytarılacaqdır. Buna əmin ola bilərsiz” sözlərini xatırladıb və onun müdrik siyasətinin daim bu istiqamətdə aparıldığını vurğulayıb. Deyib ki, bu gün Azərbaycan torpaqları artıq işğaldan azad olunub. Dahi şəxsiyyətin arzusunu, vəsiyyətini onun layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyevin yerinə yetirib və Azərbaycanın ərazi bütövlüyü bərpa edilib.

Səfir müasir və müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsinin hər zaman dərin hörmət və ehtiramla anıldığını vurğulayıb və ona Allahdan rəhmət diləyib.

Tədbir Ulu Öndər Heydər Əliyevin həyatını və siyasi fəaliyyətini əks etdirən filmin nümayişi ilə başa çatıb.

Sonda ehsan süfrəsi açılıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






//potsaglu.net/4/5013541