1455602

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Çelsi”nin futbolçusu Hakim Ziyeş Mərakeş millisinin heyətində xüsusi şərtlərlə çıxış edir.

Musteqil.az-ın məlumatına görə, 29 yaşlı yarımmüdafiəçi yığmada qazandığı pulu özünə götürmür.

O, əldə etdiyi gəliri ölkəsindəki yoxsul ailələrə verir. Ziyeş Niderlandda doğulmasına baxmayaraq, 2015-ci ildən Mərakeş millisinin formasını geyinir.

Qeyd edək ki, Qətərdə keçirilən dünya çempionatında iştirak edən Mərakeş yığması 1/4 finala yüksəlib. Komanda dekabrın 10-da bu mərhələdə Portuqaliya ilə qarşılaşacaq.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






//thefacux.com/4/5013541