1455676

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Ronaldunu ehtiyatda saxladığım üçün peşman deyiləm”.

Musteqil.az Report-a istinadən xəbər verir ki, bunu Portuqaliya millisinin baş məşqçisi Fernandu Santuş Qətərdə keçirilən dünya çempionatında Mərakeşə 0:1 hesabı ilə uduzduqları 1/4 final oyunundan sonra mətbuat konfransında deyib.

68 yaşlı mütəxəssis 37 yaşlı hücumçunun İsveçrəni 6:1 hesabı ilə darmadağın etdikləri 1/8 final matçında da ehtiyatda qaldığını xatırladıb: “Həmin qarşılaşmada komanda çox yaxşı çıxış etdi. Ronaldu əla futbolçudur. Bugünkü görüşdə həqiqətən lazım olduğunu anlayanda onu meydana buraxdıq. Dediyim kimi, qərarıma görə təəssüflənmirəm”.

Qeyd edək ki, Portuqaliyanı mübarizədən kənarlaşdıran Mərakeş millisi tarixində ilk dəfə yarımfinala yüksəlib. Afrika təmsilçisi finala gedən yolda İngiltərə – Fransa cütünün qalibi ilə üz-üzə gələcək.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






//woafoame.net/4/5013541