Emin Ağalarov Bakıda möhtəşəm konsert proqramı ilə çıxış edib

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Musiqidə özünəməxsus dəst-xəti olan Emin Ağalarov dünyaşöhrətli Frenk Sinatra, Elvis Presli və özünün müəllimi saydığı Müslüm Maqomayev kimi dühalardan ilhamlanaraq bu sənətə gəlib. 2006-cı ildə onun “Still” adlı ingiliscə ilk albomu çıxıb və albomla eyni adı daşıyan mahnı hitə çevrilib. Bu albomda, həmçinin onun öz bəstələri yer alıb. Daha sonra Eminin 2007-ci ildə “İncredible” adlı albomu işıq üzü görüb və albomdakı “Don’t cry” mahnısı sevilən mahnılar sırasında yer alaraq, eyni zamanda, film musiqisi kimi də tanınıb. Daha sonra isə dünya musiqi sənətinin əfsanələrindən olan E.Presli və F.Sinatranın mahnılarından ibarət “Obsession”, həmçinin “Devotion” albomlarını buraxıb.

Metbuat.az xəbər verir ki, dekabrın 15-də Heydər Əliyev Sarayında Azərbaycanın Xalq artisti Emin Ağalarov ənənəvi qış konsertini pərəstişkarlarına təqdim edib.

Konsertdə müğənni sevilən lirik kompozisiyaları və rəqs nömrələrindən ibarət hitləri ilə tamaşaçıların qarşısına çıxıb.

Qeyd edək ki, müğənninin növbəti konserti sabah da eyni məkanda təşkil olunacaq.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu