Eldar Qasımov “Avroviziya”nın prodüseri olacaq

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Müğənni Eldar Qasımov “Avroviziya” mahnı yarışmasına qayıdır.

Metbuat.az xəbər verir ki, bunu sənətçi özünün sosial media hesabında paylaşıb.

Bildirib ki, ona yarışmanın Azərbaycan nümayəndə heyətinin prodüseri olmaq təklif edilib:

“Bu dəfə peşəkar mənada yenidən ora qayıdıram. “Avroviziya-2023”-ə Azərbaycan nümayəndə heyətinin musiqi prodüseri olmaq təklifini qəbul etdim”.

Qeyd edək ki, Eldar müğənni Nigar Camalla birgə ifa etdiyi “Running scared” mahnısı ilə “Avroviziya-2011″in qalibi olub.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu