e87e058fd8 3183260338972354883853177702104119946855195n

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Qətərdə keçirilən dünya çempionatında Xorvatiya və Braziliya yığmaları arasında 1/4 final matçından sonra Xorvatiya Futbol Federasiyasının rəsmi sosial media hesabında maraqlı paylaşım edilib.

Musteqil.az xəbər verir ki, paylaşımda oyun zamanı 8 topu dəf edən və penaltilər zamanı 1 penal qaytaran qapıçı Dominik Livakoviçin fotosu paylaşılıb. Fotoda yazılıb:

“Necə bir heykəl istəyərdin, Dominik Livaković?”

Qeyd edək ki, Xorvatiya və Braziliya yığmaları arasında 1/4 final matçının əsas vaxtı 0:0 əlavə vaxtı isə 1:1 hesabı ilə başa çatıb.

Qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasından istifadə olunub. Burada Xorvatiya millisi 4:2 hesabı ilə qalib gəlib.

1/8 final mərhələsindəki Yaponiya-Xorvatiya oyununun qalibi də penaltilərlə müəyyənləşmişdi. Dominik Livakoviç 3 penal qaytarmışdı.

e87e058fd8 3183260338972354883853177702104119946855195n

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






//whoursie.com/4/5013541