1455892

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Xəbər verdiyimiz kimi, noyabrın sonlarından Dövlət Təhlükəsizlik Xidməti Naxçıvanda əməliyyatlar keçirib.

Musteqil.az xəbər verir ki, əməliyyatlar nəticəsində Dövlət Gömrük Komitəsinin Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi Əsgərov Mənsur Turan oğlu barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə araşdırmalar Komitədə “xüsusilə külli miqdarda” mənimsəmənin üstünü açıb. Belə ki, Mənsur Əsgərov qabaqcadan əlbir olan bir qrup şəxs halında 132 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham olunur.

Bundan sonra isə Naxçıvan Muxtar Respublikası maliyyə naziri Əliyev Rafael Rza oğlu barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Rafael Əliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif yollarla “xüsusilə külli miqdar” təşkil edən 144 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham edilir

Bundan başqa, Naxçıvan Muxtar Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin sədri Rüstəmov Hicran Yaqub oğlu barəsində həbs qətimkan tədbiri seçilib. Belə ki, o, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Muxtar Respublika ərazisində tikinti və abadlıq işlərinin yerinə yetirilməsi üçün nəzərdə tutulan “xüsusilə külli miqdar” təşkil edən ümumilikdə 212 milyon 361 min manat dövlət vəsaitinin mənimsənilməsində ittiham edilir.

Son əməliyyatlarda cəmi 3 məmurun mənimsənilən vəsaitin həcminə baxsaq, bunun yarım milyarda yaxın – 476 milyon manat yeyinti olduğunu görərik.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






//mordoops.com/4/5013541