DSX-nin hərbçisinin özünə xəsarət yetirməsi ilə bağlı cinayət işi başlanılıb

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin hərbi qulluqçusunun odlu silahdan atəş açmaqla özünə xəsarət yetirməsi ilə bağlı cinayət işi başlanılıb.

Bunu Metbuat.az-ın sorğusuna cavab olaraq Azərbaycan Respublikası Hərbi prokurorunun böyük köməkçisi – Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev deyib.

“Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Nuriyev Kənan Hafiz oğlunun odlu silahdan atəş açmaqla özünə xəsarət yetirməsi barədə Şəmkir hərbi prokurorluğuna məlumat daxil olub. Məlumat əsasında Şəmkir hərbi prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb və digər hərəkətlər icra edilib.



Fakt üzrə Şəmkir hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilmiş, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaqdır”.

No description available.

Firad Əliyev





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu