1454969

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Vəkil Şəfiqə Nağıyeva canlı efirdə baş verən qalmaqala münasibət bildirib.

Musteqil.az xəbər verir ki, o, üzünə su atan jurnalist Anar Vəziroğlunu məhkəməyə verməyəcəyini deyib. “Ümid ilə gəl” verilişində bu barədə danışan Nağıyeva güclü kişilərlə mübarizə aparmaq istədiyini qeyd edib:

“Anar həmişə müsahibə verəndə deyir ki, Şəfiqə bir verilişdən çıxıb, digərinə gedir. Deyir, ərdə qalmayan arvadlar kimi. Çünki, o insan ağzından çıxanı bilmir. Mən bu gün deyirəm, Anar, qulaqlarını aç, yaxşı eşit. Hansı veriliş yaxşıdırsa, ora gedirəm. Məni çıxarmırlar, mən özüm çıxıram. Bu gün mən qalibəm. O, mənə qarşı təhqir sayılacaq bir addım atdı. Amma bunu təhqir kimi başa düşmürəm, o, aciz bir adamdır.

Demək istəyirəm, xalqın mənafeyini özümünkündən üstün tuturam. Mən üç uşağın babada qalıb, yaxşı yaşaması üçün əlimdən gələni etdim. Mən qalib çıxdım. İnsan məğlub olanda da kişi kimi başını aşağı salıb məğlub olmalıdır. Mən orada iki adamı məhkəməyə verəcəm, biri Ceyhunə, digəri vəkil. İstədim Anarı da məhkəməyə verim, onsuz da Allah onu məhkəməyə verib də. İkincisi də onun kimi zəif insanlarla mübarizə aparmaq istəmirəm. Ancaq güclü kişilərlə mübarizə aparmaq istəyirəm”.

Qeyd edək ki, “Təsir dairəsi”nin dünənki buraxılışında qalmaqal yaşanıb. A. Vəziroğlu Nağıyevanın üstünə stəkandakı suyu tutub.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






//thefacux.com/4/5013541