1455793

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

12 dekabr 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Belçikaya işgüzar səfəri çərçivəsində Malta Respublikasının xarici işlər naziri Yan Borq ilə görüşüb.

Musteqil.az-a XİN-dən verilən məlumata görə, görüşdə iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, o cümlədən regional və beynəlxalq vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov, Azərbaycan və Malta arasında müxtəlif sahələr, o cümlədən siyasi, iqtisadi, enerji, investisiya və s. sahələr üzrə ikitərəfli münasibətlərin inkişafını məmnunluqla qeyd edib. İki ölkə arasında münasibətlərin daha da inkişafı üçün mövcud potensialdan istifadə olunmasının vacib olduğu bildirilib. Nazir Ceyhun Bayramov, həmçinin post-münaqişə dövründə regionda mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, Azərbaycanın regionda sülh gündəliyinin irəli aparılması istiqamətində atdığı addımlar, post-münaqişə dövründə Ermənistan tərəfindən həyata keçirilən təxribatlar, o cümlədən mina təhlükəsi barədə qarşı tərəfi ətraflı məlumatlandırıb.

Nazir Yan Borq, Azərbaycan və Malta arasında ikitərəfli münasibətlərlə yanaşı, BMT və digər çoxtərəfli platformalar çərçivəsində səmərəli əməkdaşlıq gündəliyinin mövcud olduğunu qeyd edib. İki ölkə arasında siyasi dialoqun inkişafında keçirilən görüşlərin əhəmiyyəti vurğulanıb. Nazir Yan Borq, dünyada baş verən hadisələr fonunda enerji təhlükəsizliyinin artan əhəmiyyətindən bəhs edərək, bu xüsusda, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə əhəmiyyətli töhfəsini vurğulayıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






//nossairt.net/4/5013541