Ceyhun Bayramov Fransanın yeni səfiri ilə görüşdü

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fransanın ölkəmizə yeni təyin olunmuş səfiri Ann Buayon ilə görüşüb.

Metbuat.az xəbər verir ki, bu haqda XİN məlumat yayıb.

Nazir Ceyhun Bayramov səfir Ann Buayonun etimadnaməsinin surətini qəbul edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görüş zamanı, Azərbaycan-Fransa münasibətlərinin hazırkı durumu, regional vəziyyət, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması, sülh gündəliyi və digər məsələlər müzakirə edilib.

Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesindən danışan nazir Ceyhun Bayramov, sülh gündəliyi, habelə sözügedən prosesin irəli aparılması üçün Azərbaycan tərəfindən atılan addımlar və təşəbbüslər barədə qarşı tərəfi məlumatlandırıb. Ermənistan tərəfindən törədilən təxribatları və təhdidləri diqqətə çatdırıb.

Nazir, Fransa tərəfindən səslənən qərəzli fikirlərin və Fransa Parlamentində qətnamələrin Azərbaycan-Fransa münasibətlərinə zərbə vurduğunu və sülh prosesinə töhfə vermədiyini vurğulayıb.

Səfir Ann Buayon qəbul üçün nazir Ceyhun Bayramova təşəkkür edib və münasibətlərin inkişafına çalışacağını bildirib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu