Bu gün 1/4 finalın daha 2 oyunu keçiriləcək

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin daha iki oyunu keçiriləcək.

Metbuat.az xəbər verir ki, bununla da ilk qarşılaşmalara yekun vurulacaq.

Günün ilk matçında “Kəpəz” “Turan Tovuz”u qəbul edəcək. Gəncə şəhər stadionunda oynanılacaq görüş saat 14:00-da başlayacaq. Oyunu Rauf Allahverdiyev idarə edəcək. İki komanda indiyədək ölkə kubokunda üz-üzə gəlməyib.

Günün son matçında isə “Sabah” “ASCRO Arena”da “Səbail”lə qarşılaşacaq. Qarşılaşmanın baş hakimi Nicat İsmayıllı olacaq. Komandalar bunadək Azərbaycan Kubokunda bir-birinə rəqib olmayıb.

14:00. “Kəpəz” – “Turan Tovuz”

17:00. “Səbail” – “Sabah”

Qeyd edək ki, 1/4 finalın əvvəlki oyunlarında “Zirə” evdə “Neftçi”yə 1:0 hesabı ilə qalib gəlib, “Qarabağ” isə “Qəbələ” ilə heç-heçə edib – 2:2. Bu raundun cavab matçları 19-20 dekabrda baş tutacaq.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu