Braziliya millisi dörddəbirdə – DÇ-2022

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Qətərdə keçirilən futbol üzrə dünya çempionatının pley-off mərhələsində Koreya Respublikası yığmasını məğlub edən Braziliya seçməsi növbəti mərhələyə yüksəlib.

Metbuat.az xəbər verir ki, “Stadium 974”də oynanılan matçda hesabı 7-ci dəqiqədə braziliyalı futbolçu Vinisius Junior açıb. Altı dəqiqə sonra Neymar Koreya Respublikasının qapısına təyin olunmuş penalti zərbəsini dəqiq yerinə yetirərək komandasını hesabda önə keçirib. Braziliya millisinin üzvü Rişarlison 29-cu dəqiqədə üçüncü topu rəqib qapısına vurub. Qarşılaşmanın 36-cı dəqiqəsində Lukas Paketa fərqlənməklə koreyalı futbolçuları meydanın mərkəzinə dəvət edib. Cənubi Amerika təmsilçisi fasiləyə 4:0 hesablı üstünlüklə yollanıb.

Qarşılıqlı hücumlar şəraitində keçən ikinci hissədə Koreya Respublikası millisi təsəlli qolunu vurmağa müvəffəq olub. Belə ki, matçın 76-cı dəqiqəsində Payk Senq Ho adını tabloya yazdırıb. Bu, matçda vurulan sonuncu qol olub.

Beləliklə, görüş Braziliya millisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb və komanda dörddəbir finalda Xorvatiya ilə üz-üzə gələcək.

Qeyd edək ki, dörddəbir final mərhələsində Niderland millisi Argentina, İngiltərə isə Fransa ilə qarşılaşacaq.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu