“Bakıda yağan yağıntıya hazır idik”

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Azərsu” ASC bu gün gecə və səhər saatlarında Bakıda yağan yağıntıya hazır olduğunu bəyan edir.

Metbuat.az xəbər verir ki, ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Metbuat.az-a bildirib ki, yağınıtı ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometrologiya Departamenti xəbərdarlıq etmişdi: “Yağıntının olacağını gözləyirdik və ona hazır idik”.

Onun sözlərinə görə, yağıntı əsasən şəhərin qərb hissəsində Yasamal, Nəsimi, Binəqədi və Nərimanov rayonları ərazisinə düşüb: “Bu isə, bəzi küçələrdə suların yığılmasına səbəb olub. Baxmayaraq ki, bizim kanalizasiya infrastrukturumuz, həm kanalizasiya xətlərimiz, kollektorlarımız, şəbəkələrimiz tam işlək, pik vəziyyətdə idi, infrastruktur həm yağış, həm də tullantı sularını eyni anda daşıya bilməyib. Nəticədə bəzi küçələrdə su yığılmalar yaranıb. Ancaq, yağış dayanandan qısa müddətdən sonra suların hamısı çəkilib”.

A.Cəbrayıllı qeyd edib ki, həm rayon sukanal idarələri, həm də Bakı Sukanal İdarəsinin qəza briqadaları artıq gecə saatlarından iş başında idi və hazırda sular çəkilib və heç bir fəsad yoxdur.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu